Yol polisinin kol dibində gizlənməsinə icazə verildi ÖZBƏKİSTANDA

02.11.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Özbəkistanda mobil radarlardan istifadə zamanı xəbərdaredici nişanların quraşdırılması məcburiyyəti aradan qaldırılıb. 

Avtosfer.az xəbər verir ki, əvvəllər bu radarlardan istifadə zamanı 250-500 metr məsafədə müvafiq yol nişanının quraşdırılması tələb edilirdi. Yeni dəyişikliklə tələb yalnız stasionar radarlara şamil edilir. Prinsip etibarı ilə stansionar radarların yerini bir çox sürücü bilir, mobil tətbiqlərdə də əks olunur.

Başqa sözlə, yol-patrul xidməti (ad və abreviatur (DYP) Azərbaycanla eynidir) istənilən kolun dibində və ya sərt döngədə dayanıb özbəklərin elə özlərinin təbirincə desək, “pusqu qura bilər”.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью