Yol polisinin qovduğu avtomobil iki yerə bölündü VİDEO

23.04.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yol polisi əməkdaşları təqib zamanı qeyri-adi hadisə ilə qarşılaşıblar. Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, onların təqib etdiyi avtomobil ikiyə bölünüb. Tatarıstanda baş verən hadisənin görüntüləri patrul avtomobilinin kamerası tərəfindən qeydə alınıb.

Kadrlarda narıncı rəngli minik avtomobilinin yol polisi əməkdaşlarından qaçmağa çalışdığı, lakin sonra dayandığı görünür.

Videoda polisin maşına yaxınlaşan an avtomobilin arxa hissəsinin ayrıldığı və ön hissəsi uzaqlaşdığı da əks olunub.

Mənbənin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı daha sonra saxlayıblar.

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью