Yol polislərimiz Belarusda qalib oldular VİDEO

16.09.2026

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Belarusun Mogilyov şəhərində keçirilən yol-patrul xidməti əməkdaşları arasında peşəkar ustalıq və çoxnövçülük üzrə 25-ci yubiley müsabiqəsində Azərbaycan polisləri uğura imza atıblar.

Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin baş inspektorları polis mayoru Emil İbrahimov və polis baş leytenantı Nicat Əliyev müsabiqəyə dəvət olunmuş Belarus və Rusiyadan olan yol-patrul xidməti əməkdaşları arasında birinci yerə layiq görülüblər.

Yarış iştirakçılarının peşə hazırlığı bir neçə istiqamət üzrə qiymətləndirilib. Yol hərəkətinin tənzimlənməsi və nizamlanması, yol nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım bacarıqları, atəş hazırlığı, silahla davranış və təhlükəsizlik qaydaları, praktiki atıcılıq və fiziki hazırlıq mərhələlərini əhatə edib.

Bütün mərhələlər üzrə yüksək nəticə göstərən mayoru Emil İbrahimov və polis baş leytenantı Nicat Əliyev birinci yeri qazanaraq yarışın qalibi olublar.

Qaliblərin təltifetmə mərasimində Belarus Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri iştirak edib. Yol polislərimiz Belarusda qalib oldular.

bax.tvhttps://player.bax.tv/embed/227032.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью