Yol qəzalarında ölümün əsas səbəblərindən biri budur

12.11.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Poisi İdarəsindən məlumat verilib. 

Bildirilib ki, 2026-cı ilin 10 ayı ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 30,9 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub.

Ötən gün Şəmkirdə iki gəncin həlak olması, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təhlili bir daha göstərir ki, bir necə dəfə aşaraq yol kənarına yuvarlanan avtomobildə təhlükəsizlik kəmərindən istifadə edilsəydi, qəzanın ağırlıq dərəcəsi əhəmiyyətli dərəcədə azalar, arzular yarıda qalmazdı.

Qanuna əsasən sürücü və sərnişin təhülkəsizlik kəmərini bağlamaq vəzifəsi daşıyırlar. Sərnişinin təhlükəsizlik kəmərlərini bağlamasına nail olan sürücü isə həm qanunun tələbini yerinə yetirir, həm də gələcəkdə özü üçün yarana biləcək hüquqi problemlərin qarşısını alır.

Sərnişinlər də təhülkəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью