Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Sabirabad piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə17:00 radələrində rayonun Şıxsalahlı kəndi ərazisindən keçən magistral avtomobil yolunda baş verib.
Belə ki, “VAZ-2107” markalı avtomobil 2016-ci il təvəllüdlü Məmmədli Hüseyn Sarvan oğlunu vurub.
Nəticədə ağır xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.