Yol qəzası keçirən şəxslərin əksəriyyəti hansı yaş qrupuna aiddir? AÇIQLAMA

28.01.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Baş verən avtonəqliyyat hadisələrində zərərçəkənlərin böyük əksəriyyəti fiziki cəhətdən aktiv yaş dövründə olan insanlardır. Avtonəqliyyat vasitələrindən ən çox istifadə edənlər də məhz bu yaş qrupuna aid şəxslərdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayımda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini, baş həkim Nizami Məmmədov bildirdi.

O, qeyd etdi ki, yaşlı insanlar da avtomobil idarə edirlər, lakin statistik olaraq yol-nəqliyyat hadisələri nəticəsində xəsarət alanların əsas hissəsini 18 yaşdan 45-50 yaşa qədər olan şəxslər təşkil edir:

"Bu xəsarətlər həm avtonəqliyyat vasitəsinin daxilində baş verən travmaları, həm də avtomobildən kənarda piyadalar və digər hərəkət iştirakçıları ilə bağlı yaranan travmaları əhatə edir. Xüsusilə avtomobil daxilində qeydə alınan xəsarətlər daha çox 18-45, bəzən isə 50 yaşa qədər olan, yəni fiziki cəhətdən daha aktiv insanlarda müşahidə olunur".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью