Yol qəzasında 52 nəfər öldü

19.12.2024

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Əfqanıstanda baş verən iki yol qəzasında azı 52 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, ötən gecə iki ayrı yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində, azı 52 nəfər ölüb, 76 nəfər yaralanıb.

Bildirilib ki, hər iki yol-nəqliyyat hadisəsi paytaxt Kabili cənubundakı Qəndəhar əyaləti ilə birləşdirən əsas yolda baş verib.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılarkən, həyatını itirənlərin cəsədləri yaxınlarına təhvil verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью