Yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb

10.12.2024

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qubada yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb.

"Ölkə.az" xəbər verir ki, şəhərin M.P.Vaqif küçəsində pikapla “Hyundai Elantra” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində “Hyundai Elantra”nın sürücüsü Quba rayonu, Kübçal kənd sakini, 2001-ci il təvəllüdlü Quliyev Teymur Faiq oğlu ağır bədən xəsarətləri alaraq, Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq o, dünyasnı dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью