Yol qəzasında yaralanan sürücü xəstəxanda öldü

10.12.2024

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Qubada yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb.

Axar.az-ın Report-a istinadən məlumatına görə, şəhərin M.P.Vaqif küçəsində pikapla “Hyundai Elantra” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində “Hunday Elantra”nın sürücüsü Quba rayonu, Kübçal kənd sakini, 2001-ci il təvəllüdlü Quliyev Teymur Faiq oğlu ağır bədən xəsarətləri alaraq, Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq o, dünyasnı dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью