Yol tikintisi zamanı ikiyə bölünən obyektə görə kompensasiya ödəniləcək? Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

30.11.2024

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

"Sözügedən obyekt işlək deyil və sahibinə kompensasiya ödəniləcək".

AZXEBER.COM xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.

"Obyekt tikinti altına düşüb və sökülməsi nəzərdə tutulub. Buna görə obyekt sahibinə kompensasiya ödənilməsi üçün aidiyyəti üzrə müraciət olunub. Yaxın müddət ərzində obyekt sahibinə kompensasiyanın ödənilməsi təmin olunacaq

Onu da qeyd edim ki, artıq obyekt sahibi ilə söhbət aparılıb və kompensasiya məbləği barədə məlumat verilib", - deyə A.Nəcəfli bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью