Yol tikintisi zamanı üzərinə armatur düşdü, öldü

18.02.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

İsmayıllı rayonunda ölümlə nəticələn hadisə baş verib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə fevralın 17-də saat 16 radələrində Muğanlı-İsmayıllı-Qəbələ yolunda Körpü-Bina-Tikinti MMC tərəfindən yenidənqurma işləri aparılarkən Buynuz kəndinin ərazisində baş verib.

Tikintidə çalışan Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Rəşad Nadir oğlu Eminov armaturların üzərinə aşması nəticəsində ölüb.

Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью