Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bir aydan çoxdur ki, Yeni Günəşlinin Mürəsəl Kazımlı küçəsində yol qaşınmış və nəticədə həmin yerlərdə çala- çuxur yaranmışdır. Həmin məsələ ilə əlaqədar Günəşli sakinləri böyük narazılıq etmişdilər.
Hətta bu barədə müxtəlif televiziya kanallarında və çap mediasında tənqidi süjetlər göstərilmiş və məqalələr dərc olunmuşdur. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bu tənqidi çıxılara cavab olaraq bildirmişdir ki, bir neçə gün ərzində həmin küçəyə asfalt örtük dösənəcək.
Artıq sentyabrın 21- də asfalt örtüyün dösənməsinə başlanılıb. Bu, camaatı çox sevindirir, ancaq işlər bir qədər ləng gedir.Hec kim zəmanət verə bilməz ki, intensiv yağışlar yağmayacaq. Ona görə də leysan yağışlar yağmayana qədər kücənin asfaltlama işləri başa çatdırılmalıdır!!!
Emil FAİQOĞLU