Yola baxmadan geriyə dönən sürücü motosikleti vurdu ANBAAN VİDEO

16.01.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Yasamal rayonu Müzəffər Həsənov küçəsində ( “20 Yanvar” metrosunun yaxınlığında) qayda pozan sürücü qəzaya səbəb olub.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, yol kənarında dayanmış 10-XO-935 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq anidən geriyə manevr edib. Bu zaman o, sol tərəfdən gələn motosikleti vurub. Ağır qəzadan son anda xilas olan motosiklet sürücüsü  ardınca qayda pozan şəxsə “Nə edirsən?” deyərək iradını bildirib. Sürücü isə “Görmədim. Heç görsəm elə şey edərdim?” - deyə, cavab verib. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью