Yola baxmadan hərəkət edən sürücü motosikletçini riskə atdı VİDEO

04.02.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Lənkəran şəhərində qayda pozan sürücü görüntülənib. 

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb.

Videodan göründüyü kimi, taksi fəaliyyəti ilə məşğul olan 42-CE-906 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü yolayrıcına daxil olarkən sağdan gələn motosikletə üstünlük verməyib. Nəticədə sürücünün məsuliyyətsiz hərəkəti motosikletçinin həyat və sağlamlığı üçün real təhlükə yaradıb.

Qeyd edək ki, qayunvericiliyə əsasən, tənzimlənməyən yolayrıclarında sürücülər sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidirlər. Bu tələbin pozulması inzibati məsuliyyətə səbəb olur və ağır nəticələrə yol aça bilər.

Nərmin

Oxunub 18

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью