Yola baxmadan hərəkət edən sürücü təhlükə yaratdı VİDEO

21.05.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, 77-CO-563 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü yolun kənarından hərəkətə başlayan zaman manevr qaydasını pozub. O, güzgüyə baxmadan sol zolağa keçib və nəticədə görüntünü qeydə alan avtomobilin sürücüsünə təhlükəli vəziyyət yaradıb.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью