Yola baxmadan hərəkətə başlayan sürücü qəza törətdi ANBAAN VİDEO

18.11.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdam rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 17-də saat 09:24 radələrində qeydə alınıb.

Kadrlardan görünür ki, yolun kənarından hərəkətə başlayan “Ford Transit” markalı yük maşınının sürücüsü qəfil sola manevr edir və bu zaman o, yaxınlaşmaqda olan “Hyundai” markalı avtomobillə toqquşur.

Videodan “Ford”un sürücüsünün hərəkətə başlamazdan əvvəl yolda yaranmış vəziyyəti lazımi qaydada qiymətləndirmədiyi aydın görünür.

Qeyd edək ki, sürücü hərəkətə başlamazdan əvvəl yolun boş olduğuna və digər nəqliyyat vasitələrinə maneə yaratmayacağına əmin olmalıdır.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228969.html

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью