Yola çıxan qoyunlar fermerə baha başa gəldi: Cərimə ödəyib maşını təmir etdirəcək

28.08.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Portuqaliyada 2019-cu ildə baş vermiş qəzaya görə davam edən məhkəmə çəkişmələri başa çatıb. Avtosfer.az xəbər verir ki, artıq Ali Məhkəmə də məsələ ilə bağlı yekun qərarı verib.

Portuqaliya mətbuatı yazır ki, 2019-cu ilin noyabrında Torre de Monkorvo şəhəri yaxınlığında sürüdən qaçan 3 qoyun yol qəzasına səbəb olub. Heyvanlarla toqquşan maşın zədələndiyi üçün sahibi məhkəməyə müraciət edib.

Məhkəmənin qərarı ilə fermer heyvanları nəzarətsiz buraxmaqda təqsirli bilinərək zədələnmiş avtomobilin təmirinə görə 9 000 avro, sürücünün başqa avtomobil kirayələməsinə görə 400 avro, yolun təmizlənməsinə görə 150 avro və digər xərclər də daxil olmaqla ümumilikdə 9 600 avro (19 000 AZN) cərimələyib.

Qərardan narazı qalan fermerin apellyasiya və kassasiya şikayətləri təmin olunmayıb. O, indi 9600 avro cəriməni ödəməlidir.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью