Yola qaçan azyaşlı maşının altında qalmaqdan son anda xilas oldu REAL VİDEO

26.11.2024

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xaçmazda qayda pozan azyaşlı piyada qəzadan son anda xilas olub.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb. Videodan da göründüyü kimi, məktəbli təyin olunmamış yerdən keçməyə çalışır. Belə ki, o, soldan gələn maşına baxmadan yola qaçır və son anda nəqliyyat vasitəsini görərək geri çəkilir. Xoşbəxtlikdən sürücü ehtiyatlı davranaraq avtomobili saxlayır və azyaşlının yolu keçməsinə şərait yaradır. 

Təəssüflə qeyd edək ki, bəzi valideynlər övladlarına məsuliyyətsiz yanaşırlar. Onların bir qismi uşaqlarını nəzarətsiz qoyaraq videodakı kimi halların baş verməsinə zəmin yaradırlar. Hətta övladıyla birlikdə yolu keçən zaman belə diqqətsiz davranaraq onların qayda pozmalarına səbəb olurlar.  

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью