Yolayrıcına girən sürücülər qəzaya düşdülər, heç nə olmamış kimi sürüb getdilər VİDEO

11.03.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində baş vermiş yol qəzası anbaan görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 8-də saat 13:30 radələrində qeydə alınıb. Kadrdan da aydın olduğu kimi, yolayrıcına daxil olan “Hyundai” markalı avtomobil, sağ tərəfdən gələn 77-XY-101 dövlət nömrə nişanlı “Mercedes” markalı maşınla toqquşub. İşin maraqlı tərəfi isə qəzadan sonra sürücülərin heç nə olmamış kimi yollarına davam etməsi olub.

Qeyd edək ki, sözügedən ərazidə yol ver nişanı yoxdur. Bu halda “Hyundai”ın sürücüsü sağ tərəfdən gələn “Mercedes”ə yol verməli idi. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью