Yolayrıcına sərt daxil olan “VAZ” sürücüsü “Mercedes”ə çırpıldı ANBAAN VİDEO

05.05.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Beyləqan rayonu, Qaralılar kəndində baş vermiş yol qəzası anbaan təhlükəsizlik kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 4-də səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı maşın, 10-VL-732 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə toqquşub. Kadrdan da göründüyü kimi, “VAZ”ın sürücüsü yolayrıcına sərt şəkildə daxil olub və bu vaxt idarəetməni itirərək əks istiqamətdə dayanmış “Mercedes”ə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью