Yolda ara işləyən sürücü maşının önünü kəsdi: Sərnişinlə birləşib... VİDEO

01.04.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Bakıda sürücülər arasında yaşanan hadisənin videosu avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, videogörüntü martın 22-də, Bakı-Şamaxı yolundan başlayaraq Moskva prospektinə qədər davam edib.

Belə ki, 10-CY-127 qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilin sürücüsü öncə sağdan ötmə edib. Daha sonra Bakı-Sumqayıt yolunda ötmə qaydasını pozaraq görüntünü qeydə alan avtomobilə qəza şəraiti yaradıb. Bununla kifayətlənməyən sürücü Moskva prospektindəki tuneldə bütöv xəttin tələbini pozaraq yenidən qəza şəraiti yaradıb, sonra isə həmin avtomobilin qarşısını kəsib. Redaksiyamıza müraciət edən oxucu bildirir ki, həmin sürücü sərnişinlə birləşərək onunla mübahisə etməyə başlayıblar. Etdiyi hərəkətə görə üzr istəmək əvəzinə, özünə haqq qazandırıb.

Sözügedən videonu təqdim edirik.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью