Yolda ara işləyən taksi sürücüsü zəncirvari qəza törətdi ANBAAN VİDEO

15.10.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan taksi sürücüsü qəza törədib. Avtosfer.az xəbər verir ki, hadisə Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb. Belə ki, mamevr və ötmə qaydasını pozan "BYD" markalı avtomobilin sürücüsü yüksək sürətlə avtomobillərin arası ilə hərəkət etməyə başlayıb. Daha sonra qarşısında asta gedən nəqliyyat vasitələrinin olduğunu görərək qəfildən sağ zolağa yerdəyişmə edib. Bu zaman həmin zolaqla hərəkət edən digər "BYD" markalı avtomobilə çırpılıb və sonra idarəetməni itirərək sol zolaqdakı avtomobilə dəyərək zəncirvari qəzaya səbəb olub.

Sözügedən videonu təqdim edirik.

Fərid

bax.tvhttps://player.bax.tv/embed/227875.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью