Yolda avtomobilin olmadığını düşünən sürücü qorxulu anlar yaşatdı VİDEO

11.04.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Yolda baş verən hadisənin görüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, videogörüntünü qeydə alan sürücü sola dönən zaman ötmədə avtomobilin ola biləcəyini düşünməyib. Lakin sola dönən zaman ötmə edən 77-XH-452 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsünün onunla toqquşması gözlə qaş arasında olub.

Peşəkarlıq göstərən sürücü yol çiyninə çıxaraq hadisədən son anda yayınıb.

Hər iki sürücü baş verən hadisəyə görə qorxu keçirib.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью