Yolda dava edən sürücülər söyüş söyüb qəza törətdi; avtobus aşdı VİDEO

15.10.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Yolda mübahisə etdiyi sürücüyə əsəbiləşən şəxs qəza törədib. Avtosfer.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində baş verən hadisənin görüntüləri kameraya düşüb. Belə ki, şəhərin Esenyurt rayonunda bir sürücü eyni istiqamətdə hərəkət edən digər sürücü ilə yol üstündə mübahisə etməyə başlayıb. Söyüş söyən sürücü mübahisə zamanı yan küçədən çıxan avtobusun fərqinə varmayıb və ona çırpılıb. Zərbənin təsirindən avtomobil əks istiqamətə keçərək aşıb və bir neçə metrə sürüklənib. Qəza nəticəsində sürücü yüngül xəsarətlər alıb.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью