Yolda dava etdiyi adamın maşınla üstündən keçdi Anbaan VİDEO

17.10.2025

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yol mübahisəsi dəhşətli hadisə ilə nəticələnib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Şırnak şəhərində baş verən yol hadisəsi faciə ilə yekunlaşıb.

Belə ki, yolda yaranan mübahisə zamanı sürücülərdən biri əsəbiləşərək qarşısındakı şəxsə avtomobili ilə çırpılıb və onun üzərindən keçib.

Hadisə nəticəsində ağır yaralanan şəxs dərhal xəstəxanaya yerləşdirilib. Sürücü isə hadisə yerindən qaçıb.

Qəzanın başvermə anı ərazidə olan bir vətəndaş tərəfindən mobil telefonla qeydə alınıb.

Hadisə ilə bağlı polis tərəfindən araşdırma başlanılıb.

Hüseyn
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью