Yolda gedərkən başına buz parçası düşən gənc dünyasını dəyişdi VİDEO

27.12.2024

Icma.az, Sonxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yolda gedərkən başına buz parçası düşən gənc dünyasını dəyişdi - VİDEO

Ərzurumda yolda gedərkən damdan buz parçasının qopub üstünə düşməsi nəticəsində ağır yaralanan Atatürk Universiteti Ədəbiyyat fakültəsinin tələbəsi Arif Tələt Algın aldığı xəsarətdən sonra xəstəxanada dünyasını dəyişib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə gecə saat 03:00 radələrində baş verib. Yaşayış binasının damından qopan buz səkidə gedən Arif Tələt Algının başına düşüb. Algının qanlar içində yerə yıxıldığını görənlər 112 Təcili Zəng Mərkəzinə məlumat verib.

Xəbər üzərinə hadisə yerinə gələn təcili yardımla Atatürk Universiteti Araşdırma Xəstəxanasına aparılan Algın həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Mərhum Algın üçün sabah Ədəbiyyat fakültəsində mərasim təşkil ediləcəyi öyrənilib. Fakültə bağçasındakı mərasimdən sonra Algının cənazəsi Bursaya göndəriləcək.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью