Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Ürək infarktı zamanı bəzi əlamətlər qəfil ortaya çıxır və vaxtında tibbi yardım göstərilmədikdə ciddi fəsadlara səbəb ola bilər.
"Yeni Sabah" xəbər verir ki, ürək infarktı ürək əzələsini qidalandıran damarlardan birinin tutulması nəticəsində həmin nahiyəyə qan və oksigen çatışmazlığı yarandıqda baş verir. Bu vəziyyət təcili tibbi müdaxilə tələb edir.
İnfarktın ən çox rast gəlinən əlamətləri arasında sinədə güclü sıxılma və ya ağrı, ağrının sol qola, çiyinə, kürəyə və ya çənəyə yayılması, nəfəs darlığı, soyuq tər, ürəkbulanma və qəfil halsızlıq yer alır. pizza hut
Bəzi insanlarda, xüsusilə qadınlarda və yaşlı şəxslərdə infarktın əlamətləri daha fərqli və nisbətən zəif şəkildə özünü göstərə bilər. Buna görə də yalnız güclü sinə ağrısının yaranmasını gözləmək düzgün deyil.
Sinə ağrısı və ya infarkt şübhəsi yaradan digər əlamətlər qəfil başladıqda vaxt itirmədən təcili tibbi yardım çağırmaq vacibdir. Erkən müdaxilə ürək əzələsinin zədələnməsini azaltmağa və ağır fəsadların qarşısını almağa kömək edə bilər.
Aytac Əliyeva