Yolda sürücünü döyüb, avtomobilə ziyan vuranlar həbs edildi

12.03.2025

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Binəqədi rayonu  Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin xuliqanlıq zəminində “Chevrolet” markalı avtomobilin sürücüsünə xəsarət yetirməsi və əmlaka qəsdən zərər vurması faktı üzrə başlanan cinayət işində təqsirləndirilən şəxslər barədə qərar verilib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, cinayət əməlində təqsirləndirilən Natiq Mustafakamalov, Vahid Cavadov,  Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib. 

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью