Yolda təhlükə yaradan piyada saxlanıldı Video

22.06.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidirlər.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, yaxınlıqda yerüstü piyada keçidinin olmasına baxmayaraq onlar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə cəhd göstərən piyadanı yol polisi saxlayıb və onunla maarifləndirici söhbətlər aparıb.

Bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, qaydalara əməl etmək özünüzü və başqalarını həyati təhlükələrdən qoruyur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью