Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu istiqamətində yolda uzun tıxac yaranıb.
BAKU.WS xəbər verir ki, tıxac səbəbindən təcili tibbi yardım avtomobili də sıxlıqda qalıb.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətin təşkili üzrə dəyişiklik edib.
Dəyişikliyə əsasən, ərazidə işıqfor obyektləri quraşdırılıb və onların fazaları müəyən edilib, müvafiq nişanlanma işlərinin təşkili həyata keçirilib.