Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı

14.11.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı

Braziliya millisi yoldaşlıq görüşündə Yaponiyaya 2:3 hesabı ilə məğlub olduqdan sonra komandanın futbolçuları və məşqçilər korpusu hakimlər briqadası ilə mübahisə edib.

QOL.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.

Oyundan sonra braziliyalı futbolçular və məşqçilər hakimlərin yanına gedərək onların idarəçiliyinə etirazlarını bildiriblər. Vəziyyətə təhlükəsizlik əməkdaşları müdaxilə edərək hakimləri mübahisədən qoruyublar.

Qeyd edək ki, görüşün sonlarına yaxın Rafinya Dias və Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti qırmızı vərəqə alıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью