Yolkaya balta ilə hücum etdilər VİDEO

23.12.2024

Icma.az bildirir, Sonxeber.az saytına əsaslanaraq.

Yolkaya balta ilə hücum etdilər - VİDEO

2025-ci ilə sayılı günlər qaldığından yeni il ruhunu yaşatmaq istəyən bir çox bələdiyyələr küçələri ağaclarla və işıqlarla bəzəməyə başlayıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, istanbulun Küçükçekmece rayonunda bəzədilmiş yeni il ağacına balta ilə hücum edilib.

Küçükçekmece Bələdiyyəsi tərəfindən meydana qoyulan bəzədilmiş yeni il ağacına üzləri örtülü insanlar balta ilə hücum edib.

Həmin anları yaxınlıqda olan vətəndaş mobil telefonunun kamerası ilə lentə alıb. Görüntülər sosial şəbəkədə müzakirələrə səbəb olub.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью