Yollar buz BAĞLAYACAQ

26.02.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Fevralın 27-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir.

Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimalı var. Günün ikinci yarısında tədricən kəsiləcək. "Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə və gündüz 1-3° şaxta olacaq. Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var". Qeyd edilib ki, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Havanın temperaturu Aran rayonlarında 3-8° isti, dağlıq ərazilərdə isə gecə 0-5° şaxta olacaq. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı proqnozlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью