Yollar buz bağlayacaq Xəbərdarlıq

23.02.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar növbəti xəbərdarlıq olunub.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında fevralın 23-dən 24-nə keçən gecə havanın minimal temperaturu 3-5 dərəcə şaxta, 24-dən 25-nə keçən gecə isə 6-8 dərəcə şaxta olacaq.

Şaxtalı hava şəraiti ilə əlaqədar yollar buz bağlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью