Yollarda ağacların qırılmış budaqları təhlükə yaradır: Nə etməli? VİDEO

22.12.2024

Manset portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər ölkə ərazisində əsən güclü küləklər nəticəsində bəzi avtomobil yollarında irigövdəli ağacların təhlükə yaratdığı müşahidə olunur.

Manset.az xəbər verir ki, belə yollardan biri də Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsidir.

Belə ki, ərazidə ağacların qırılmış budaqları yolun hərəkət hissəsində asılı vəziyyətdə qalıb. Bu isə növbəti güclü külək nəticəsində real təhlükədən xəbər verir.
Məsələ ilə bağlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, Oğuzda avtomobil yollarının kənarında təhlükə yaradan ağacların budanılmasına razılıq verilib.

Daha ətraflı Baku TV-nin materialında:
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью