Yollarda ağır qəzalar artır: DYP dən sürücülərə XƏBƏRARLIQ

10.09.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Son günlər yollarda baş verən yol-nəqliyyat hadisələrinin, xüsusilə ağır nəticələrə səbəb olan qəzaların artması sürücülərin yol hərəkəti qaydalarına daha ciddi əməl etməsini zəruri edir.

BAKU.WS xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis kapitanı Elvin Hacıyev bildirib ki, hər bir ağır qəzanın arxasında təkcə nəqliyyat vasitələrinin toqquşması deyil, insan həyatı və ailələrin yaşadığı böyük faciələr dayanır.

Onun sözlərinə görə, yolda verilən bir anlıq yanlış qərar uzun illər davam edən ağır nəticələrə səbəb ola bilər. Bu səbəbdən sürücülər sükan arxasında daha diqqətli olmalı, sürət həddinə və digər yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər.

Elvin Hacıyev yol hərəkəti iştirakçılarını məsuliyyətli davranmağa çağıraraq qeyd edib ki, təhlükəsizliyin təmin olunmasında hər bir sürücünün davranışı mühüm rol oynayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью