Sia Az saytına istinadən Icma.az xəbər verir. "Piyada zolaqlarından istifadə etməyən, yaxud, yol hərəkəti qaydalarına düzgün əməl etməyən şə
Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
Onun sözlərinə görə, bu qayda istər yolu keçən olsun, istər digər şəxslərə də aiddir: "Burada əsas məsələ piyada təhlükəsizliyi, yol hərəkətinin təşkilinin təhlükəsizliyidir.
Onun üçün də burada hər hansı qeyri-adi nüans, ayrı-seçkilik yoxdur. Düşünürəm ki, bu məsələnin əsas tərəfidir.
Digər məsələ isə yol hərəkəti haqqında qanunun xüsusi müddəalarında da piyada təhlükəsizliyi, piyadanın hərəkətə mane olub-olmaması, bunlar da açıq formada özünü göstərir.
Digər məsələ isə Yol Hərəkəti Haqqında Qanunun xüsusi müddəası var ki, bu müddəada da qeyd olunur: piyadanın, hərəkət iştirakçılarının vəzifələri var.
Bu vəzifələrdən ən önəmlisi də budur ki, Yol Hərəkəti Haqqında Qanundan problemsiz, çətin olmayan qaydada riayət edilməlidir və bu, hər kəsin öz borcudur.
Son vaxtlar avtomobillərin toqquşması, piyadavurma, dayanmış maneənin vurulması və ya ona çırpılma kimi hallar baş verir.