Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın magistral avtomobil yollarında oktyabrın 4-də müşahidə ediləcək vəziyyət açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.