Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bəzi sürücülər avtomobillərini düzgün yerdə saxlamır və digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur. Bununla da onsuz da sıx olan yollarda əlavə problemlər yaradırlar. Bir vaxtlar belə halların qarşısının alınması üçün qayda pozan sürücülərin avtomobilləri evakuator vasitəsilə cərimə meydançalarına aparılırdı. Lakin sonradan Azərbaycanda bu təcrübə ləğv edildi. Hazırda isə yol hərəkəti qaydalarına nəzarətdə müşahidə kameralarından daha geniş istifadə olunur və qayda pozuntuları elektron şəkildə qeydə alınaraq sürücülər məsuliyyətə cəlb edilir.
Bəs başqasının yolunu kəsən, maşını harada gəldi saxlayan sürücülərlə necə mübarizə aparmaq olar?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a bu barədə açıqlamasında bildirib ki, hal-hazırda Bakı şəhərində demək olar ki, hər yerdə müşahidə kameraları quraşdırılıb və uzun müddət avtomobilini saxlayan, yolu kəsən və hərəkətə mane olan sürücülər həmin kameralar vasitəsilə qeydə alınaraq cərimələnirlər:
“Bu tənbeh vasitəsi və ya üsulu da artıq öz nəticəsini verir. Biz müşahidə edirik ki, artıq yollarda, xüsusilə ikinci və üçüncü zolaqlarda avtomobili saxlayıb gedən, bununla da digər nəqliyyat vasitələrinin hərəkətinə mane olan sürücülərin sayı azalıb. Əvvəllər sürücülərin avtomobillərini yolun hərəkət hissəsində saxlayaraq müəyyən müddət öz işləri ilə məşğul olması, bir-biri ilə söhbət etməsi və həmin ərazidə uzun müddət qalması hallarına daha çox rast gəlinirdi”.
Onun sözlərinə görə, hazırda isə kameralar vasitəsilə nəzarətin gücləndirilməsi və bu cür hallara görə cərimələrin tətbiq olunması sürücülərin davranışına müəyyən qədər təsir göstərir:
“Bu baxımdan, avtomobillərin yolun hərəkət hissəsində, xüsusilə də ikinci və üçüncü zolaqlarda saxlanılmasının qarşısının alınmasında kameralar vasitəsilə tətbiq olunan tənbeh mexanizminin effektivliyini müşahidə etmək mümkündür”.
Fidan Hacızadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bəs başqasının yolunu kəsən, maşını harada gəldi saxlayan sürücülərlə necə mübarizə aparmaq olar?