Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hazırda paytaxtın bir sıra əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
"Yeni Sabah" xəbər verir ki, yollardakı vəziyyətlə bağlı məlumatda sıxlığın əsasən aşağıdakı istiqamətlərdə olduğu bildirilib:
Bakı-Sumqayıt şosesi – "Xırdalan" dairəsi istiqamətində; Dominos pizza
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
Mikayıl Müşfiq küçəsi – "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
Dənizkənarı küçəsi – Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
Niyazi küçəsi – "Azneft" dairəsi istiqamətində;
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
Ziya Bünyadov prospekti – Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
Binəqədi şosesi – "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
Tbilisi prospekti – İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
Tbilisi prospekti – "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;
28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;
Koroğlu Rəhimov küçəsi – Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
Atatürk prospekti – Ziya Bünyadov prospekti istiqamətində;
Babək prospekti – mərkəz istiqamətində;
Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində;
Heydər Əliyev prospekti – köməkçi yol, "Koroğlu" metro stansiyası istiqamətində.