Icma.az, Baku.ws portalına istinadən məlumat yayır. Ölkə ərazisində avtomobil yollarında xətlənmə işləri görüləcək.
BAKU.WS-in məlumatına görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən icra olunacaq layihənin ehtimal olunan dəyəri 36 milyon 795 min manat təşkil edir.
Layihə çərçivəsində ölkə üzrə yolların üzərində 2 milyon kvadratmetrə yaxın sahədə düz xətlərin çəkilməsi, minlərlə kvadratmetr köhnə xətlərin silinməsi və yol hərəkətini tənzimləyən xüsusi simvolların yerləşdirilməsi nəzərdə tutulur.
Görüləcək işlərə soyuq və termoplastik boya ilə xətlənmə, əl işləri ilə yol nişanlarının çəkilməsi, eləcə də müasir texnika vasitəsilə köhnə xətlərin aradan qaldırılması daxildir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.