Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın bəzi küçələrində piyadalar səkidə rahat hərəkət etməkdə çətinlik çəkirlər.
Yol kənarlarını, piyadaların hərəkət etdiyi əraziləri zəbt edən obyektlər bir kənara, üstəlik, dövlət qurumlarının səhlənkarlığı səbəbilə şəhərdəki səkilərin vəziyyəti sanki görməzdən gəlinir.
Avtosfer.az xəbər verir ki, bu dirəklər əsasən məhəllədaxili yollarda yerləşdirilsə də, bəzi ərazilərdə daha estetik görünüş yaratmaq məqsədilə adi işıq dirəklərindən daha enli konstruksiyalar quraşdırılır.
Problemin kökü isə səkinin təşkil edilərkən normalara uyğunlaşdırılmamasındadır.
Belə ki, bir çox mərkəzi küçə və prospektdəki səkilərin bir hissəsi müəyyən ərazidə geniş olsa da, sonradan salınan yaşıllıqlar, tunellər səbəbilə daralır.
Bu da geniş səkilər boyu 50 metrdən bir quraşdırılan işıq dirəklərinin daralan səkidə hərəkətə mane olur.
Bəzi küçələrdə səkilər avtomobillər üçün parkinq kimi istifadə edildiyi üçün piyadalar yolun hərəkət hissəsi ilə hərəkət etməyə məcbur qalırlar.