Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sanatoriyalara və istirahət mərkəzlərinə yollayış əldə etmək istəyənlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Turizm İnformasiya Mərkəzinə (012) 492-50-10, (012) 492-75-53, (050) 328-38-77, (050) 328-38-11 nömrəli telefonlarla və ya QR vasitəsilə qeydiyyatdan keçməklə müraciət edə bilərlər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) məlumat yayıb.
Bildirilib ki, müraciətlərin operativ cavablandırılması və məmnunluğun təmin edilməsi məqsədilə “Kurort” Turizm İnformasiya Mərkəzində Çağrı Mərkəzi yaradılıb və hazırda 35-dən çox əməkdaş xidmət göstərir.
İyun ayından etibarən E-AHİK elektron rezervasiya sisteminin də istifadəyə verilməsi planlaşdırılır.
Bununla da, yollayışları tam elektronlaşdırılmış qaydada əldə etmək imkanı da yaradılacaqdır.
Müraciət qəbul edildikdən sonra təsdiq və ya imtina barədə məlumat verilir, təsdiq edildikdə ödəniş rekvizitləri təqdim edilir və ödəniş həyata keçirildikdən sonra elektron yollayış müraciət edən şəxsin elektron poçt ünvanına göndərilir.
Əgər istirahət mərkəzi seçilibsə və həmin istirahət mərkəzi ilə müqavilə mövcud deyilsə və ya seçilən tarixlərdə boş yer yoxdursa, alternativ variantlar təklif olunur.