Yolu belə yerdən keçənlərin bir gün ölüm xəbəri gəlir VİDEO

11.12.2024

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Piyadaların xəsarət alması və ölümü ilə nəticələnən yol qəzaları təəssüf ki, durmadan davam edir. Bunun əsas səbəblərindən biri piyadaların qaydalara əməl etməməsi, məsuliyyətsizliyi və baş verən hadisələrə qeyri-ciddi yanaşmasıdır. Bakı şəhəri üzrə qeydə alınan yol nəqliyyat hadisələrinin təhlilinə nəzər saldıqda görürük ki, piyadaların avtomobillərlə vurulmasının 70 faizə qədəri məhz elə piyada keçidlərinin yaxınlığında baş verir.

Paytaxtın Mikayıl Useynov küçəsində qeydə alınan videoda da piyadalar 20 metr qarşıdakı keçiddən keçməyərək öz həyatlarını təhlükə altında qoyublar. Bu gün qaydalara dırnaqarası baxaraq yolu nəzərdə tutulmayan yerdən keçən piyadanın bir gün ölüm xəbəri yayıla bilər.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью