Yolu bu ərazidən keçənlərə SEVİNDİRİCİ XƏBƏR

29.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Binəqədi rayonu, Dalğa küçəsində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə svetoforların vaxt planında dəyişiklik edilib.

“Yeni Sabah” xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları sözügedən ərazidə nəqliyyat axınının intensivliyini təhlil ediblər.

Aparılan təhlillər nəticəsində svetoforların faza müddəti 7 saniyə artırılıb. pizza hut

Dəyişiklikdən sonra günün pik saatlarında Dalğa küçəsində yaranan nəqliyyat sıxlığının uzunluğu 285 metrdən 180 metrə qədər azalıb.

Beləliklə, ərazidə nəqliyyat sıxlığının uzunluğu təxminən 37 faiz azalıb.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью