Yolu keçən piyadanı maşın vuraraq öldürdü

22.11.2024

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonunda baş vermiş yol qəzasında piyada ölüb.

Bakupost.az xəbər verir ki, hadisə iki gün öncə axşam saatlarında rayonun Digah qəsəbəsində baş verib.

Belə ki, Elçin Əliyev idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolu keçən piyada Əfqan Məhərrəmovu vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью