Yolu keçən piyadanı maşın vurub öldürdü

10.12.2024

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Sumqayıtda 48 yaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin “Mero yolu” adlanan ərazisində qeydə alınıb.

“Opel” markalı avtomobil yolu keçmək istəyən piyada, 1976-cı il təvəllüdlü Malik Əlişan oğlu Ağayevi vurub.

O, xəstəxanaya çatdırılarkən yolda keçinib. Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью