Yolu keçmək istədi, avtomobil vurdu

03.05.2025

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Bakı şəhəri, Yasamal rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, 1976-ci il təvəllüdlü Rauf Hacıyev piyada zolağından keçərkən onu nəqliyyat vasitəsi vurub.

O, qapalı kəllə beyin travması və bədənin müxtəlif xəsarətləri ilə Kliniki Tibbi mərkəzə yerləşdirilib.

Aygün, Bakupost.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью