Yolu keçmək istəyən piyadanı maşın vurdu

08.05.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Ağstafada 40 yaşlı kişi yol qəzasında xəsarət alıb.

"Unikal"ın məlumatına görə hadisə rayonun ərazisində baş verib. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1985-ci il təvəllüdlü Y.Qocayevi vurub. Piyada xəstəxanaya yerləşdirilib,vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью