Yolu keçmək istəyərkən maşın vurub öldürdü

23.09.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, 1985-ci il təvəllüdlü Mirdamət Xalıqovu avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mərhum Şirvan şəhər sakinidir. O, avtomobili yol kənarında saxlayaraq yolu qarşı tərəfə keçmək istəyib. Qəza yerinə yol-polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью